Qrup mərhələsi yekunlaşmamış penalti sayının rekordu qırılıb
26.06.2018 , 14:52

Rusiyada keçirilən dünya çempionatında rekord qeydə alınıb. DÇ-lər tarixində penaltilər sayı yenilənib.
Bu, B qrupunun III turu çərçivəsində keçirilən İran – Portuqaliya qarşılaşmasında rəsmiləşib. Matçdakı 11 metrlik cərimə zərbəsi sayca 19-cu olub.
Bununla da dünya çempionatlarında penaltilər sayının rekordu qırılıb. DÇ-2018-dək 1990-cı ildə İtaliyada, 1998-ci ildə Fransada və 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən yarışlarda hakimlər 18 dəfə penalti təyin etmişdilər. Bu dəfə isə qrup mərhələsi yekunlaşmamış say 19-a çatıb.
Qeyd edək ki, DÇ-2018-də 19 penaltidən 14-ü qol olub.
