Milli komandamız DÇ-da növbəti mərhələyə yüksəlib.
Korner.az-ın məlumatına görə, komandamız 4-cü yeri tutub. Növbəti mərhələdə komandamızın rəqibləri İtaliya, Dominikan, Xorvatiya və Almaniya yığmaları olacaq.İlk qrup mərhələsində növbəti mərhələyə yüksələn komandalarla oyunlardakı nəticələr qalacaq.
Bu isə o deməkdir ki, Azərbaycan millisi 2-ci qrup mərhələsinə 2 xalla başlayır və 8 komandalıq qrupun Almaniya ilə birlikdə autsayderidir. Növbəti – 3-cü qrup mərhələsinə yüksəlmək üçün ilk 3 yerdən birini tutmaq lazımdır.