“Atletiko”nun futbolçusu Antuan Qrzimann Çempionlar Liqasının qrup mərhələsində bu gün “Qarabağ”la keçiriləcək oyunu buraxa bilər.
Bu barədə İspaniyanın “Marca” qəzeti xəbər yayıb. Dünən hərarəti yüksələn fransız hücumçu oyunöncəsi məşqə də qatılmayıb.
Qəzetin yazdığına görə, komandanın baş məşqçisi Dieqo Simeone son dəqiqəyə kimi aparıcı futbolçunun sağalmasını gözləyəcək. Əgər bu baş verməsə, argentinalı müəxəssis digər alternativlərdən istifadə etməli olacaq. Qrizmann oynamayacağı təqdirdə, onu meydanda Kevin Qameyronun əvəz edəcəyi gözlənilir. Hər şeyə yaxın saatlarda aydınlıq gələcək.
