Qrizmann: “Panenka zərbəsi” endirmək istəyirdim”
16.07.2018 , 10:16

Antuan Qrizmann Fransa millisinin dünya çempionluğundan danışıb.
Təcrübəli forvard finalda Xorvatiya üzərində qazanılan qələbədən sonra (4:2) bunları söyləyib:
“Harda olduğumu bilmirəm. Çox xoşbəxtəm! Çox çətin oyun keçirdik. Xorvatlar bizə qarşı çox güclü müqavimət göstərirdilər. Penaltidən öncə “Panenka zərbəsi” endirmək istəyirdim. Lakin sonradan fikrimi dəyişdim”
