“Atletiko”nun (Madrid) və Fransa millisinin hücumçusu Antuan Qrizmann “Qızıl top”a namizədlərin səsverməsində üçüncü olmasından danışıb.
Korner.az-ın məlumatına görə, o, Ronalda və Messi kimi fenomenlərdən sonra ən çox səs toplamasının qürurverici olduğunu deyib.
“Bu, mənim üçün həm fəxarət, həm də gözlənilməz nəticədir. Siyahıda üçüncü olmaqdan məmnunam və mənə səs verənlərə minnətdaram. Doğru yoldayam və üzərimdə işləməyə davam etməliyəm. Messi və Ronaldo – iki “əjdaha”dır, iki əfsanədir. Onlardan sonra üçüncü olmaqdan qürur duyuram”, – deyə Qrizmann bildirib.
