Dünya Futbolu

Qrizmann “Atletiko”dan rəsmən ayrılıb

15.05.2019 , 10:09

Futbol üzrə Fransa yığmasının üzvi olan Antuan Qrizmann İspaniyanın “Atletiko” klubu ilə yollarını ayırır.

Belə ki, bu barədə Qrizmann Madrid klubunun rəsmi saytına açıqlamasında məlumat verib. O, mövsümün sonunda klubdan ayrılacağını bəyan edib və azerkeşlərlə vidalaşıb.

“Mənim üçün inanılmaz 5 il oldu. Hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsız”

Qrizmannın “Atletiko” ilə müqaviləsində 120 milyon avroya sərbəst qalmasına dair maddə mövcuddu. İspaniyanın digər klubu “Barselona”nın həmin məbləği ödəməklə Antuanı transfer edəcəyi iddia edilir.

Qeyd edək ki,fransalı hücumçu geridə qalan 5 il ərzində “Atletiko” da 256 oyuna çıxıb və 133 qol, 50 məhsuldar ötürmə ilə yadda qalıb.

Son yazılar

Yuxarı