“Atletiko”nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann yeni sazişə qol çəkib.
Korner.az-ın məlumatına görə, istedadlı futbolçu Madrid klubu ilə anlaşıb.
Yeni müqavilənin müddəti 5 ildir və 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Fransa millisinin də oyunçusu olan Antuan Qrizmann son mövsüm İspaniya çempionatında 38 matçda 22 qol vurub, 5 qolun ötürməsini edib.
