İspaniya La Liqasında mübarizə aparan “Atletiko”nun (Madrid) futbolçusu Antuan Qrizman yayda komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, Fransanın “L’Equipe” qəzetinə danışan oyunçu:
“La Liqada mövsümü 3-cü pillədə başa vurduq. Hədəf bu idi, lakin futbolçular daha artığını istəyir. Yaxşı oynamaq və qollar vurmaq daha mənim üçün kifayət deyil. Bu mövsüm bitti. Bu yay gələcəyimlə bağlı qərar verərkən kuboklar qazanmaq istəyimi də nəzərə alacam”.
“Atletiko” ilə 2019-2020 mövsümünə qədər müqaviləsi olan hücumçu “Mançester Yunayted” ilə haqqında çıxan xəbərlərlə bağlı: “Əgər bu gün komandadan ayrılsam, bu, mənim üçün problem olmaz. İngiltərədən başqa Almaniya, Çin, ABŞ-a da gedə bilərəm. Mən getməyə hazıram”.
“Atletiko” ilə Çempionlar Liqasının final və yarımfinal mərhələlərində oynadığını deyən Antuan: “Çox yaxınlaşmışdıq, lakin kuboku qazana bilmədik. Klub nə edəcəyinə qərar verəcək. Kubok hədəfi transferlərə bağlı olacaq. Klubun mənim fikrimi necə qarşılayacağını bilmirəm, lakin futbolçular media və ailəm çox yaxşı bilirlər ki, futbolu kuboklar qazanmaq və güclü həyəcanlar yaşamaq üçün sevirəm”.
