Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko” bu gün oyunöncəsi son məşqinə çıxıb. Madrid klubunun aparıcı oyunçusu Antuan Qrizmann Bakı Olmpiya Stadionunda keçirilən məşqə qatılmayıb.
Fransalı futbolçunun hansı səbəbdən məşqdən iştirak etmədiyi hələlik bəlli deyil.
“Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da start götürəcək.
