Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransalı oyunçu “Atletiko”dan ayrılmayacağını dilə gətirib:
“Komandamdan ayrılmağa səbəb yoxdur. Dieqo Simeone mənə komandada qalacağımı söylədi. Mən də qalmağa qərar verdim. Ona böyük hörmətim var və həqiqətən də güvəniləsi insandır”.
25 yaşlı futbolçu “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad” klubundan transfer olunub və 85 oyuna 50 dəfə fərqlənib.
