“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Bu xəbər Rusiya mətbuatında da işıqlandırılıb. Şimal qonşularımızın məşhur “futbik24” futbol saytı bu məlumatı dərc edib.
