Qriqorçukun köməkçiləri rəsmən məlum oldu
08.07.2024 , 16:44

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.
