Azərbaycan Premyer Liqasının XI turunun hazırda keçirilən AZAL – “Qəbələ” matçında insident yaşanıb.
Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk yenə “texniki zona”dan qovulub. Ukraynalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində Fransa “Sent-Etyen”i ilə “Bakcell Arena”da olduğu kimi, çempionatda “AZAL Arena”dakı matçda da baş hakimin qərarından narazı olduğu üçün tribunaya göndərilib.
