Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib
Korner.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Maribor”u qəbul edib
Oyun təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Oyun başlayanda 0:1-dən sonra nə hiss edirdiz və indi nələr?
Özümü həmişəki kimi hiss edirdim. Hiss edirdim ki, təcili olaraq qollar vurmalıyıq. Eyforiyaya qapanmaq lazım deyil. Güclü sevinmirik. Artıq bu gündən analiz etməliyik. Növbəti oyunda daha yaxşı olmalyıq.
– Nəticəni dəyişəcəyinizə inanırdınızmı?
– Təkrar edirəm, mən sevinirəm, yaxud üzülürəm, ya inanıram bunları indi düşünmürəm. Nə hiss keçirdiyim yadımda deyil. Mən sadəcə düşünürəm ki, növbəti oyun nə etmək lazımdı. Mən hətta oyun vaxtı nə düşündüyüm yadımda deyil.
– Rafael Santosa daha çox hirslənirdiz. Bunun səbəbi nə idi?
– Rafanı bütün futbolçular kimi çox istəyirəm. Qışqırırdım ki, bəzi epizodları düzəltsin. O da mənə işarə edir ki, başa düşdüm. Amma yenə də həmin səhvi edirdi. Nəticədə səhvlərini düzəltdiyini düşünürəm.
– Oyunda mərkəz xəttini rəqibə vermişdiniz. Bu bir taktiki gediş idi?
– Ümumiyyətlə, bir iki epizodda rəqib uzun müddət topa nəzarət etdi. Biz bunu dəyişmək istədik. Bu elə bir mexanizmdi ki, bir oyunçu üzərinə düşmür. Bütöv komandadan aslıdı. Oyun zamanı bir nəfər bunu etməsə, plan pozulur.
– Komanda sanki üçüncü qoldan sonra nə edəcəyini bilmirdi. Hesabı artırsın, ya da müdafiəyə çəkilsin. Bu nə ilə bağlıdı?
– Oyun gedişatında elə vəziyyət yarandı ki, mənə elə gəldi rəqibi çox sıxmalıyıq. Psxiloji cəhətdən, bəlkə də futbolçularla eyni olmuruq. Həmin anda rəqib futbolçuları sıxmalıyıq, yalnız bunu düşündüm.
– Rəqib baş məşqçi 3-cü qoldan sonra qayda pozuntusu olduğunu dedi. Bununla bağlı fikriniz?
– İndi deyə bilmərəm. Gərək videoyazıya baxım. Həmin epizoda daha dəqiq baxmalıyam.
