“Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki komandamın oyunundan narazıyam”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 31-ci turunda “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Təcrübəli mütəxəssis bildirib ki, onun üçün qələbə seriyasının fərqi yoxdur:
“Lənkərandakı oyun dərs oldu. Bu matç eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, “Xəzər Lənkəran”ı rahatlıqla məğlub edəcəyik”.
R.Qriqorçuk oyunçularının matça tam hazır olmadığını vurğulayıb:
“Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.
