"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdırmaq üçün təklif alıbmış.
Korner.az-ın məlumatına görə, bu barədə Latviya Futbol Federasiyasının baş katibi Yanis Mehetskis yerli mətbuata müsahibəsində deyib:
"Qriqorçuk klubda çalışmağın onun üçün daha rahat olduğunu əsas gətirərək təklifimizi qəbul etmədi ".
Qriqorçuk 2015-ci ildən "Qəbələ"nin çalışdırır.
Latviya Futbol Federasiya millinin baş məşqçisi vəzifəsinə 2011/12 mövsümündə “Bakı”nı çalışdırmış Aleksandr Starkovu gətirib.
