“Futbolçulardan razıyam. Layiqli qələbə qazandıq. Rəqib güclü komandadır. Sadəcə, bu gün belə alındı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyunundan (5:1) sonra deyib.
Təcrübəli mütəxəssis növbəti oyuna hazırlaşacağını vurğulayıb.:
"Zenyov bu gün yaxşı oynadı. O da hamı kimi yaxşı çıxış etdi. Futbolçularıma təşəkkür edirəm. Rəqib yüksək səviyyəli komana idi və hörmət etməliyik. Onlar çempionatlarında 2-ci pilləni tutublar. Bəli bizi tənqid etmişdilər. Həmin insanlara can sağlığı arzulayıram və peşəkar olmalarını istəyirəm. Ən çox Antonovu tənqid edirlər. Lakin o, yaxşı futbolçudur. Dodo, Meza Kolli və digər legionerlər də yaxşı futbolçular idi. Ola bilər ki, bəzi futbolçuların oyunu alınmasın. Amma “Qəbələ”yə aşağı səviyyəli futbolçu gəlməyib. Biz cavab oyununa hazırlaşırıq. Əlbəttə, 5 qol böyük üstünlükdür. Amma cavab görüşü var.
