Topaz Premyer Liqasının XXXIV turunda keçirilən “Qəbələ” – “İnter” oyununda qalib müəyyənləşmədi – 1:1.
Korner.az-ın məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra bunları deyib:
“Biz oyunun çətin olacağını bilirdik. Oyundan razıyam. İki yaxşı komanda mübarizə apardı. Düşünürəm ki, ədalətli nəticə ilə bitən matç gördüyüm ən maraqlı oyunlardan biri idi”
