Topaz Premyer Liqasının II turu “Qəbələ” üçün uğurlu alındı.
Korner.az-ın məlumatına görə, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda səfərdə AZAL-ı 2-0 hesabı ilə üstələdi.
Roman Qriqorçuk oyundan sonra bunları deyib:
“Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını düşünmürəm. Bildiyiniz kimi, Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.
