Qriqorçuk “Astana”ya qayıdır
03.01.2019 , 10:53

Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubunda baş məşqçi dəyişikliyi baş verməyəcək. Keçən ilin yayında komandanın “sükanı arxası”na keçən və avqustda şəxsi işləri ilə əlaqədar ölkəsi Ukraynaya getməli olan Roman Qriqorçuk yenidən postuna qayıdacaq.
O, yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərində start götürəcək təlim-məşq toplanışında komandaya rəhbərlik edəcək. Bu müddət ərzində Qriqorçuku əvəzləmiş Qriqori Babayan onun köməkçisi kimi vəzifəsinə davam edəcək
