Qriqorçuk: “Almeyda “Qarabağ”ın lider futbolçusu idi”
04.07.2018 , 17:57

“Astana”nın baş məşqçisi Roman Qriqorçuk Riçard Almeydanın transferi haqda fikirlərini bildirib
Mütəxəssis, Almeyda haqqında müsbət fikirlər ifadə edib. Onun sözlərinə görə, Almeydanın transferi klubun uğurlu taktikasından xəbər verir: “Almeydanı “Qarabağ”da çıxış etdiyi vaxtdan gözəl tanıyıram. Milliləşdirilən braziliyalı uzun müddət ərzində “Qarabağ”ın liderlərindən idi və Azərbaycan milli komandasında da oynayıb”.
“Qəbələ”nin sabiq çalışdırıcısı bu transferlərdə klub rəhbəri Sayan Hamitjanovun böyük əməiolduğunu qeyd edib: “Təsəvvür edirəm ki, o, bu futbolçuları “Astana”ya keçməyə inandırmaq üçün hansı işlər görüb. Danışıqlar zamanı müsbət planda arqumentlər irəli sürmək, inadkarlıq və futbolçuların nümayəndələrini özünə bağlamaq bacarığı vacibdir. Bilirəm ki, “Astana”nın bu futboluçulara namizəd olan ciddi rəqibləri vardı. Ancaq futbolçuları imzaya gətirmək mümkün oldu. Çox şadam ki, klubumuzun prezidenti avrokuboklarda start öncəsi heyəti gücləndirməklə bağlı vədini tam yerinə yetirdi”.
