Qrinvud Fransa yolunda
16.07.2024 , 22:17

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, oyunçu karyerasını Fransada davam etdirməyə yaxındır.
Onun xidmətində “Marsel” maraqlıdır.
Tərəflər arasın artıq razılıq da əldə olunub. Keçidin yaxın günlərdə baş tutacağı gözlənilir.
Xatırladaq ki, futbolçu son mövsümü icarə əsasında “Xetafe”də keçirib.
