İspaniya La Liqasında mübarizə aparan “Qranada”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, İspaniya təmsilçisi Lukas Alkarazın yerinə Toni Adamsı baş məşqçilik postuna gətirib.
“Filippinlilər” 50 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, aşağı liqaya düşməmək üçün mübarizə aparan “Qranada” hal-hazırda La Liqada 20 xalla 19-cu pillədədi.
