Qoretska A Seriyasına keçə bilər
20.11.2025 , 14:45
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanın 2026-cı ildə İtaliya klubuna transferi ilə bağlı ehtimallar güclənir.
Korner.az xəbər verir ki, 30 yaşlı alman futbolçunun müqaviləsi gələn yay başa çatacaq və o, azad agent kimi istənilən klubla danışıqlar apara biləcək.
Qoretska ilə maraqlanan klublar siyahısına daha biri – “Napoli” də qoşulub. Bundan əvvəl onunla “Yuventus”un aktiv şəkildə maraqlandığı bildirilirdi.
“Bayern” Qoretska ilə yeni müqavilə imzalamağı düşünmür, amma futbolçunu qış transfer dönəmində satmağa da tələsmir. Yarımmüdafiəçi özü də mövsümün sonuna qədər Münhen klubunda qalmaq niyyətindədir.
A Seriyasında hazırda 4-cü yerdə olan “Napoli” lider “İnter”dən cəmi 2 xal geri qalır və “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.