"Napoli"nin keçmiş hücumçusu Qoran Pandev "Qalatasaray"a keçidini şərh edib.
Korner.az-ın məlumatına görə, o, İstanbula bütün mümkün titulları qazanmağa gəlib:
"Prandelli məni heyətdə görməyi israrla istəyirdi. Bu səbəbdən keçidimdən narazı qala bilmərəm. Çempion ruhlu kluba gəlmişəm. Musleranı tanıyıram, "Latsio"da bir yerdə oynamışıq. Sneyderlə tanışam. Məqsədlərimiz böyükdü. "Qalatasaray"a mümkün olan bütün titulları qazanmağa gəlmişəm".
Xatırladaq ki, Pandev ilə bərabər Dzemaili də "aslan"lara qoşulub.
