Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandasının təlim-məşq toplanışı olacaq.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, ispaniyalı yeni baş məşqçi Patrisia Qonsalez fevralın 8-dən 11-ə qədər Bakıda hazırlıq keçəcək.
O, tanışlıq xarakteri daşıyan toplanışa 20 futbolçu çağırıb. Bunlar Aytac Şərifova, Mədinə Xələfova, Zərifə Atakişiyeva, Əminə Heydərova, Şəfəq Nəsirova, Jalə Məhsimova, Olya Şioşvili, Kamilla Məmmədova, Gülsüm Cəfərova, Suğra Xəlilova, Nərgiz Ömərova, Aliyə Vəliyeva, Ləman Bağırova, Şahnaz Məmmədova, Sevinc Babayeva, Nərmin İsmayılova, Aynurə Abuşova, Türkanə Kərimova, Diana Hacıyeva və Samirə Məmmədzadədir.