Ayrılıq baş tutarsa, “Neftçi”nin futbolçusunu transfer edəcəklər
03.05.2023 , 12:03
Uğurcan Çakırın bu mövsümün sonunda “Trabzonspor”dan ayrılacağı gözlənilir.
Korner.az xəbər verir ki, təcrübəli qolkiperlə “Şeffild Yunayted”, “Everton”, “Monako” və “Nitsa” kimi komandaların yaxından maraqlandığı bildirilir.
Klubun futbolçu üçün azı 15 milyon avro istədiyi iddia edilir. Uğurcan Çakır üçün yaxşı təklif gəlsə, transferin baş tutacağı gözlənilir.
Ayrılıq baş tutarsa, “Trabzonspor”un Neftçi”nin xorvatiyalı qapıçısı İvan Brkiçlə yola davam edəcəyi iddia edilir.
Yayılan xəbərlərdən sonra “Trabzonspor” rəhbərliyindən heç bir açıqlama gəlməyib.