NBA-nın hazırki çempionu “Qolden Steyt Uorriorz” basketbolçusu Djeveyl Makqi ilə müqavilə imzalayıb. Azad agent statusunda olan oyunçu növbəti mövsümdə də “sarılar”da oynayacaq.
Makqi ilə 1 illik 2.3 milyon dollarlıq müqavilə imzalanıb. Djeyevlin ən azı bir ilə daha “Qolden Steyt”də oynayacağı dəqiqləşib.
Djeveyl Makqi bu mövsüm 77 oyuna çıxıb və 6.1 xal, 3.1 ribaund və 0.2 assistlə oynayıb.
