Futbol üzrə ABŞ çempionatında çıxış edən “Nyu-Enqlənd Revolyuşn” klubunun hücumçusu Key Kamara “Monreal İmpekt”in qapısına vurduğu qolu orijinal şəkildə qeyd edib.
Korner.az-ın məlumatına görə, o, topu qapıdan keçirdikdən sonra tverk rəqsi edib.
Futbolçunun bu rəqsini təhqir kimi qəbul edən baş hakim isə sarı vərəqəyə əl atıb.
Oyun “Nyu-Enqlənd Revolyuşn” klubunun 3:0 hesablı qələbəsi ilə bitib.
