Türkiyə çempionatıda maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, “Rizəspor”un hücumçusu Leonard Kveukedən qol sevinciylə mövsümü bağlayıb.
Türkiyə mətbuatının yazdığına görə, Superliqanın 18-ci turunda “Gənclərbirliyi”nə qarşı keçirilən matçın 65-ci dəqiqəsində penaltidən qol vuran futbolçu, qol sevinci digər oyunçularla bölüşdüyü əsnada komanda yoldaşı Silvestrdən aldığı zərbə ilə belindən zədələnərək əvəz olunub.
28 yaşlı forvard sabah Almaniyada əməliyyat olunacaq.
