“Qol epizodunda əsəbiləşdim” – Qurban Qurbanov
04.11.2022 , 00:19

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Korner.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 1:1 hesabıyla başa çatan və Avroliqaya vida etdikləri görüşlə bağlı bunları deyib:
“Deyiləcək çox söz yoxdur. Futbolçularıma təşəkkür edirəm. Oyundan əvvəl də danışmışdıq. Avropa Liqasında yaxşı mövsüm keçirdik. Futbolçularımı təbrik edirəm. Azarkeşlərimiz də möhtəşəm idilər.
Qol epizodunda əsəbiləşdim. Penalti epizodunda da ofsayd verdilər. Bilmirəm nə üçün belə oldu. Yenidən baxandan sonra dəqiq fikirlər bildirə bilərəm”.
