“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 14-cü turunda AZAL-a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
Korner.az-ın məlumatına görə, o, qarşılaşma haqda bunları deyib:
“Çoxlu qol epizodlarından istifadə edə bilmədik və nəticədə uduzduq. İlk hissəni yaxşı keçirdik, amma futbolda vurmayana vururlar. Transfer xəbərləri ilə bağlı suala indiki halda heç bir cavab verə bilmərik. Gəlin, təlim-məşq toplanışını gözləyək. Bu cür xəbərlər olduqca ictimaiyyətə məlumat verəcəyik”.(qol.az)
