Qodinin yeni klubu məlum oldu
25.09.2020 , 17:10

“Kalyari” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriya təmsilçisi Dieqo Qodini heyətinə qatıb. Uruqvaylı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
34 yaşlı futbolçu 2019-cu ilin yayında “Atletiko”dan ayrıldıqdan sonra “İnter”ə keçmişdi.
