Qodin “İnter”də tibbi müayinədən keçdi
26.01.2019 , 14:29

“Atletiko”nun futbolçusu Dieqo Qodin “İnter”də tibbi müayinədən keçib.
32 yaşlı müdafiəçinin yaxın vaxtlarda A seriyası təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qodinin müqavilənin müddətinin iki il olacağı vurğulanır.
