Qodin “İnter”ə keçir
05.01.2019 , 13:10

“Atletiko”nun futbolçusu Dieqo Qodin komandanı tərk edə bilər. Onun yayda azad agent kimi “İnter”ə keçmək variantı var.
Bu barədə “Sky Italia” məlumat yayıb. Bildirilir ki, uruqvaylı müdafiəçi Milan klubu ilə 2 illik müqavilə imzalayacaq və daha sonra sözləşməni daha 1 il uzatmaq mümkün olacaq. Bu şərtlər isə 32 yaşlı oyunçunu qane edir.
Atletiko 30 yaşı keçmiş futbolçulara maksimum 1 illik yeni müqavilə təklif edir.
