“Monreal İmpakt” klubunun futbolçusu Didye Droqba qollarını sıralamaqda davam edir.
Korner.az-ın məlumatına görə, 38 yaşlı hücumçu ABŞ Liqasının 31-ci turunda “Piladelfiya Union”la qarşılaşmada 3 qol vurub.
Oyun isə “Monreal İmpakt”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
