Bir dönəm “Qalatasaray”, “Portu” və “Sportinq” kimi Avropanın tanınmış klublarında forma geyinmiş Mario Jardel futboldan getmək istəmir.
Korner.az-ın məlumatına görə, 2000/01 mövsümündə Türkiyə klubunda sərgitlədiyi oyunla azarkeşlərin sevimlisinə çevirilən “Super Mario” ləqəbli futbolçu 40 yaşında yeni müqavilə bağlayıb.
Belə ki, Jardel Braziliyanın həvəskarlar liqasında çıxış edən “Vila Nova” klubu ilə anlaşıb. Yeni komandasının heyətində məşqlərə başlayan futbolçunun gəlişi şəhərdə həyacana səbəb olub.
Qeyd edək ki, “Qalatasaray”la Avropa Super Kubokunu qazanan Jardel “Real”a vurduğu qolla bütün dünyada özündən söz etdirmişdi. Karyerası ərzində 11 müxtəlif ölkədə 20 klubun formasını geyinən braziliyalı bir çox ölkədə çempion olub, “Portu” və “Sportinq”də Avropanın “Qızıl buts” mükafatını qazanıb.
