Uğurlu Avropa macərasının ardınca vətəni Braziliyaya qayıdan Ronaldinyo adını futbol tarixinə yazdırıb.
Korner.az-ın məlumatına görə, "Atletiko Mineyro"nun formasını geyinən ulduz futbolçu Libertadores kubokunu qazanıb.
Bununla da o, həm Avropa, həm də Latın Amerikasının 1 nömrəli kubokunu qazanan 7-ci futbolçu kimi tarixə düşüb. O, 2006-cı ildə "Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olmuşdu.
Çempionlar Liqasını və Libertadores kubokunu qazanan digər futbolçular isə bunlardı: Dida, Kafu, Roke Junior, Karlos Teves, Santyaqo Solari və Valter Samuel.
Qeyd edək ki, "Atletiko Mineyro" ilk oyunda Paraqvayın "Olimpiya" klubuna 0:2 hesabıyla uduzsa da, cavab matçında penaltilərlə qalib gəlib.
