İtaliya A Seriasında mübarizə aparan “Yuventus” “Barselona”da çıxış edən Andres İnyestanı heyətinə qatmaq istəyir.
“Qoca sinyora” mayda 34 yaşı tamam olacaq təcrübəli yarımmüdafiəçi ilə indidən təmasa keçib.
Turin təmsilçisinin “Barselona” ilə gələn il müqaviləsi başa çatacaq İnyestanın keçidini heç bir transfer məbləği ödəmədən reallaşdırmaq niyyətində olduğu bildirilir.
