İtaliyanın "Yuventus" və "İnter" klubu "Mançester Yunayted"İn futbolçusu Matteo Darmianla yaxından maraqlanır.
Korner.az-ın məlumatına görə, bu barədə "Football İtalia" məlumat verib.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo Darmianın xidmətində maraqlı deyil. O, italyalı müdafiəçinin əvəzində "Monako"da forma geyinən Fabinyonu düşünür.
"Mançester Yunayted" futbolçunu artıq qışda satmaq istəyir
Matteo Darmian Mançester təmsilçisinə ötən il transfer olmuşdu.
