Dünya Futbolu

Qnabri Almaniya millisində yeni rekorda imza atdı

10.09.2019 , 22:12

Almaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Şimali İrlandiyanı məğlub edib – 2:0.

Korner.az-ın məlumatına görə, qarşılaşmada komandasının 2-ci qolunu vuran Serj Qnabri yeni rekorda imza atıb.

Futbolçu milli komanda ilə iştirak etdiyi son 10 oyunda 9-cu qolunu vurub.

Almaniya millisinin heyətində 10 oyuna 9 qol vuran futbolçu olmayıb. Bundan əvvəlki ən yaxşı göstərici 10 oyuna 7 qol idi.

Son yazılar

Yuxarı