Ölkə futbolu

“Qızlar bacarır” Mingəçevirdə

17.10.2019 , 21:54

AFFA və UNİCEF-in birgə həyata keçirdiyi “Qızlar bacarır” layihəsi çərçivəsində futbolçu qızlar üçün BLS (basic life skills) təlimlərinə start verilib.

Korner.az xəbər verir ki, ilk təlim Mingəçevir şəhərində keçirilib və UNİCEF-in təyin etdiyi beynalxalq dərəcəli mütəxəssislər tərəfindən qadın futbolunun inkişafı məqsədilə “Fundamental bacarıqlar” tədris olunub.

Qeyd edək ki, şəxsi inkişaf, özünəinam, sağlamlıq kimi bir sıra mövzuları əhatə edən təlimlərin 4 bölgədə keçirilməsi nəzərdə tutulub. Layihədə 300-dən artıq qadın futbolçu iştirak edəcək.

Son yazılar

Yuxarı