“Qarabağ”ın haitili yarımmüdafiəçisi Vild-Donald Gerye açıqlama verib. Futbolçu “lenouvelliste.com” saytına bir neçə gün əvvəl azyaşlı qızı – Miah Manettenin vəfatı haqda danışıb:
“Miah Manettenin vəfatı məni “Atletiko” ilə qarşılaşmaya çıxmağa məcbur etdi. Özümdə güc tapdım, meydana çıxdım. Qızım üçün oynadım. Miah doğulanda virusa yoluxmuşdu. Həmin vaxt anasının qohumu xəstəxanaya gələndə onu öpmüşdü və bununla da, virusa bulaşmışdı. O qadının ağzında yara var idi ki, bu virus da birbaşa beyinə təsir edir. Bu isə yenicə doğulmuş uşaqlar üçün təhlükəlidi. Virus aradan qaldırılsa da, həkimlər qızımda müəyyən fəsadların qalacağı ilə bağlı bizə məlumat vermişdilər. Son vaxtlar Miah özünü yaxşı hiss edirdi. Amma bir neçə gün əvvəl onda tutma oldu və xəstəlik ona qalib gəldi. “Atletiko” ilə oyunda meydana qolumda Haiti bayrağı ilə çıxmışdım. Biz haitililər həmişə çətinliklərə soyuqqanlı olmağımızla cavab veririk. Miahı sevməyə davam edəcəm və bunun tək yolu çalışmaq, mübarizə aparmaqdı”.
