“Qızıl top”un təqdimat mərasiminin vaxtı açıqlandı
19.09.2019 , 18:22

“France Football” nəşri tərəfindən hər il ən yaxşı futbolçuya verilən “Qızıl top” mükafatının təqdimat mərasiminin vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, mərasim dekabrın 2-də Şalte teatrında baş tutacaq.
2018-ci ildə “Qızıl top”u futbolçu Luka Modriç qazanıb.
