Bu gün İsveçrənin Sürix şəhərində “Qızıl top”un sahibinin adı açıqlanacaq.
Korner.az-ın məlumatına görə, 2015-ci ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçiləri və KİV nümayəndələri arasında keçirilmiş sorğ əsasında bəlli olacaq.
FIFA-nın təsis etdiyi mükafata üç namizəd iddialıdır: Lionel Messi, Neymar (hər ikisi – “Barselona”) və Kriştiano Ronaldo (“Real”, Madrid).
Bakı vaxtı ilə saat 21.30-da başlayacaq tədbirdə həmçinin ilin ən yaxşı baş məşqçisi, 2015-ci ilin ən yaxşı qolu və ən yaxşı qadın futbolçu nominasiyaları üzrə də mükafatlar təqdim ediləcək, ilin simvolik yığma komandası açıqlanacaq.
