“Qızıl top”u Messi qazanacaq – İddia
02.12.2019 , 17:58

Bu gün “Qızıl top”un sahibi müəyyənləşəcək.
Korner.az xəbər verir ki, “Barselona”nın hücumçusu Lionel Messi mükafata layiq görüləcək. Bu barədə “Marca” nəşri məlumat yayıb.
İddiaya görə, argentinalı futbolçu ən yaxın izləyicisi Vircil van Deyki qabaqlayaraq qalib olub.
Qeyd edək ki, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
