Bu il “Qızıl top” uğrunda Kriştiano Ronaldo, Lionel Messi və Manuel Noyer mübarizə aparacaq.
Korner.az-ın məlumatına görə, mükafatın təşkilat komitəsindən bildirilib ki, Sürixdə keçiriləcək mübarizəyə Ronaldo və Messi ilə yanaşı Manuel Noyar da qoşulacaq.
Ronaldo keçən il Messini bu mükafatı ardıcı olaraq 4 dəfə qazanmasından sonra qalib gəlmişdi. Bu il isə futbol mütəxəssisləri Noyerin “qızıl top”a daha çox layiq olduğunu bildirirlər.
Təntənəli mərasim yanvarın 12-də keçiriləcək.
