Futbol dünyasının ən prestijli mükafatlarından olan “Qızıl top” (Ballon d’Or) və “Dünyada ilin futbolçusu” mükafatını qazana bilməyən bir çox ulduz futbolçu var.
Korner.az-ın məlumatına görə, “Fransa Futbol” jurnalının 1956-2009 illərində təqdim etdiyi “Qızıl top” mükafatı ilə FİFA-nın 1991-2009 illərində seçdiyi “Dünyada ilin futbolçusu” mükafatı 2010-cu iıdə “FİFA Qızıl Top” adı altinda birləşdi.Bu mükafatı əldə edə bilməyən ulduz futbolçular arasında Denis Berkamp, Zlatan İbrahimoviç, Andres İnyesta, Devid Bekhem, Tieri Anri, Steven Cerard və Del Piero kimi adlar da var.
Xatırladaq ki, dünən axşam keçirilən “FİFA Qızıl Top” təqdimat mərasimində mükafın qalibi portuqaliyalı futbolçu Kriştiano Ronaldo oldu.
