“Qızıl oğlan” mükafatına son 5 namizəd
22.11.2018 , 11:18

21 yaşa qədər futbolçulara verilən “Golden Boy” (“Qızıl oğlan”) mükafatına namizədlər bəlli olub.
Yekun 5-liyə Маtteys dе Liqt (“Аyaks”), TrentAleksander Arnold (“Liverpul”), Castin Klyuvert (“Roma”), Vinisius Junior (“Real”) və Patrik Kutrone (“Мilan”) daxil ediliblər. Qalibin adına dekabrın 17-də aydınlıq gləcək.
Qeyd edək ki, mükafatın son sahibi Kilian Mbappedi.
