big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm” – Qurban Qurbanov

08.12.2017 , 17:31

“Çempionatın son oyunu idi. Qalib gəlməyi çox istəyirdik”

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 
Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış oyunda Ağdam klubu səfərdə “Səbail”i məğlub edib – 2:0.
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında bunları deyib: “Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram”.
 
– Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiz…
– Öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.
 
– Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?
– Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.
 
– Sizcə, yeni oyunçulara ehtiyac var?
– Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundu ki, burda hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.
 
– Bu o deməkdi ki, bəzi oyunçular göndəriləcək?
– Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.
 
– Klub prezidenti Tahir Gözəl “Qarabağ”ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını dedi. Bu, sizi narahat etmir?
– Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.
 
– Anton Kanibolotskini komandaya niyə gətirmişdiz?

– Bu sualın cavabı yoxdu. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kanibolotski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, komandada eyni səviyyəli başqa qapıçıya da ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Anton Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə ilk növbədə limitlə bağlıdı. Bir də deyirəm ki, bu sualın konkret cavabı yoxdu.

apasport.az

Son yazılar

To Top